"Mançester Yunayted" "Real"ın forvardını almaq istəyir
11.11.2024 - 12:55
Braziliya millisinin və "Real Madrid"in hücumçusu Rodriqo Dumanlı Albiona keçə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, “Mançester Yunayted” futbolçunun transferində maraqlıdır.
Rodriqo baş məşqçi Ruben Amorimin təyinatından sonra mankunianlıların əsas hədəflərindən birinə çevriləcək.
Braziliyalının Madrid nəhəngləri ilə 2028-ci ilin ortalarına qədər müqaviləsi var. "Transfermarkt" portalı onun dəyərini 110 milyon avro olaraq qiymətləndirir. Bu mövsüm Rodriqo 14 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
- PSJ-dən Çempionlar Liqasında Fransa rekordu
- Kimmix “Bavariya”nı sərt tənqid etdi – Musiala ilə bağlı qalmaqal
- “Beşiktaş”, “Milan” və “Yuventus”un oyunları bu kanallarda – TV AFİŞA
- Poçettinodan “Sportinq”lə heç-heçə sonrası etiraf: “Hələ bir həftədir...”
- Emre Belözoğlu: "Fənərbaxça" buralara yaraşır"
0
0