“Mançester Yunayted" sabiq futbolçusunu komandaya qaytarmaq istəyir
23.01.2026 - 14:39
“Mançester Yunayted" sabiq futbolçusunu komandaya qaytarmaq istəyir

“Mançester Yunayted”ın nümayəndələri Meyson Qrinvudun mümkün geri dönüşü ilə bağlı ilk dəfə “Marsel”ə müraciət edib.

Apasport.az xəbər verir ki, Qrinvudun müqaviləsinə əsasasən, “qırmızı şeytanlar” onu 48 milyon avroya geri ala bilərlər.

İngiltərə klubunda onun çıxışı ilə bağlı müzakirələr artıq aktiv mərhələyə çatıb.

“Atletiko” da 24 yaşlı hücumçuya maraq göstərir.

İngiltərəli forvard cari mövsümdə bütün turnirlərdə 27 oyunda iştirak edib, 20 qol vurub və 6 məhsuldar ötürmə verib.