“Mançester Yunayted” və “Tottenhem” kamerunlu futbolçu uğrunda yarışacaq
09.01.2026 - 14:33
“Brayton”un yarımmüdafiəçisi Karlos Baleba İngiltərə Premyer Liqasının iki klubunun maraq dairəsinə düşüb.
Apasport.az “Teamtalk”-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu üçün “Mançester Yunayted” və “Tottenhem” mübarizə aparacaq.
Kamerunlu futbolçunun transfer dəyəri 60 milyon avro qiymətləndirilir. Onun “Brayton”la müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.
Baleba cari mövsümdə İngiltərə Premyer Liqasının 16 oyununda meydana çıxıb.
0
0