"Mançester Yunayted"də ciddi itki
03.04.2024 - 13:55
"Mançester Yunayted"də ciddi itki

"Mançester Yunayted" ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb."Qırmızı şeytanlar"ın müdafiəçisi Viktor Lindelöf sıradan çıxıb.

İsveçli müdafiəçi zədə səbəbindən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

29 yaşlı müdafiəçi bu mövsüm Premyer Liqada 19 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

0