"Mançester Yunayted"də ciddi İTKİLƏR
06.04.2024 - 00:18
"Mançester Yunayted"də ciddi İTKİLƏR

“Mançester Yunayted”in müdafiəçiləri Rafael Varan və Conni Evans sıradan çıxıb.

Apasport.az xəbər verir ki, hər 2 futbolçu İngiltərə Premyer Liqasının 31-ci turunda “Çelsi” ilə qarşılaşmada xəsarət alıb.

Onların növbəti tur “Liverpul”la matçda iştirakı sual altındadır. Müdafiəçilər tezliklə tibbi müayinədən keçəcəklər.

Qeyd edək ki, "qırmızı şeytanlar"ın mersisaydlılarla qarşılaşması aprelin 7-si Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. 

0