"Mançester Yunayted"dən Şeşkoya təklif
05.08.2025 - 17:06
İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Yunayted" Benjamin Şeşko üçün "Leypziq"ə rəsmi təklif göndərib.
Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" sloveniyalı futbolçu üçün 85 milyon avronu gözdən çıxarıb.
Hazırda oyunçu uğrunda "Nyukasl" və "Mançester Yunayted" arasında mübarizə gedir.
Hətta "sağsağanlar" ötən gün hücumçu üçün 90 milyon avroluq təklif göndərib.
22 yaşlı futbolçu yaxın günlərdə yekun qərarını verəcək.
Qeyd edək ki, Şeşkonun "Nyukasl"a transfer ediləcəyi halda, digər İngiltərə klubu "Liverpul" Aleksandr İsak üçün hərəkətə keçəcək.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0