"Mançester Yunayted"in futbolçusu "Əl-Hilal"la danışıqlar aparır
30.05.2025 - 12:53

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes Səudiyyə Ərəbistanında çıxış edə bilər.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu “Əl-Hilal”ın təklifini ciddi şəkildə nəzərdən keçirir.
Fernandesin agenti Miqel Pinyu bu həftə Ər-Riyada gedərək klub rəhbərliyi, o cümlədən prezident Fahad bin Nafellə görüşüb.
“Əl-Hilal” Klublararası dünya çempionatından əvvəl heyətini gücləndirmək niyyətindədir və Fernandesin transferini prioritet hesab edir.
0
0