"Mançester Yunayted"in yarımmüdafiəçisi klubunu dəyişə bilər
27.05.2024 - 13:45
"Mançester Yunayted"in yarımmüdafiəçisi klubunu dəyişə bilər

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kristian Eriksen yay “transfer pəncərəsi”ndə klubunu dəyişə bilər.

Apasport.az “The Sun” qəzetinə istinadən xəbər verir ki, futbolçunun Hollandiya çempionatında işləmək imkanı var. 

Kristianın sabiq komandası olan “Ayaks” onunla maraqlanır. O 2010-2013-cü illərdə bu klubda çıxış edib. 

“Transfermarkt” portalı futbolçunun dəyərini 10 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında ötən mövsüm 22 oyuna çıxan 32 yaşlı yarımmüdafiəçi 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

0