Manu Kone Fransaya qayıda bilər
13.10.2025 - 20:22
Manu Kone Fransaya qayıda bilər

"Roma"nın yarımmüdafiəçisi Manu Kone karyerasını Fransada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, PSJ 24 yaşlı futbolçunun transferi ilə maraqlanır.

Məlumata görə, Paris klubu Koneni uzun müddətdir müşahidə edir və artıq onu heyətinə qatmaq niyyətindədir.

Fransa nəhəngi yarımmüdafiəçi üçün “Roma”ya təxminən 60 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, Manu Kone 2024-cü ilin yayında Mönhenqladbax “Borussiya”sından “Roma”ya transfer olunub. Fransa millisinin üzvü bu mövsüm İtaliya təmsilçisinin heyətində 8 rəsmi oyunda forma geyinib.