Martinez “Barsa”da qalacaq
22.02.2025 - 19:58
"Barselona" mövsümün sonunda klubla müqaviləsi başa çatan İniqo Martinezlə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, La Liqa nəhəngi ispanıyalı müdafiəçini komandada saxlayacaq.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Artıq tərəflər arasında razılıq əldə olunub. Futbolçu ilə yaxın günlərdə 1 illik müqavilə imzalanacaq.
Xatırladaq ki, İniqo Martinez 2023-cü ilin yayında "Barselona"da çıxış edir.
İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0