“Qalatasaray”ın futbolçusu Mauro İkardi Türkiyə mediasında yenidən gündəmə gəlib.
Apasport.az xəbər verir ki, argentinalı forvard haqqında yayılan şayiələrə şəxsi sosial media hesabından cavab verib.
“Bir neçə türkiyəli jurnalist klubdan mənə guya müqavilənin yenilənməyəcəyi barədə zəng gəldiyini iddia edib. Amma nə mənə, nə də nümayəndəmə belə bir zəng olunmayıb. Müqaviləm mövsümün sonuna qədər davam etməsinə baxmayaraq, komandamın “Monako”ya məğlubiyyətini ört-basdır etmək üçün niyə bu cür əsassız məlumatları gündəmə gətirirsiniz?
Mənim adımı bu məqsədlər üçün istifadə etməyə icazə vermirəm. Narahat olmayın, müqaviləm bitəndə buradan başım dik şəkildə ayrılacağam. Əgər daha tez getsəm, bu yalnız və yalnız mənim qərarım olacaq, başqa heç kimin yox. Məni hələ bir neçə ay burada görəcəksiniz. Bu vaxtların qiymətini bilin, sonra mənim üçün çox darıxacaqsınız".
Qeyd edək ki, Mauro İkardi 2022-ci ildən "Qalatasaray"ın uğurları üçün çalışır.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi