Mbappe 500-ə çatdı
20.02.2025 - 16:16

Ötən gün Çempionlar Liqasının pley-off mərhələsində “Real Madrid” doğma meydanda “Mançester Siti”ni qəbul edib.
Apasport.az xəbər verir ki, “kral klubu” “şəhərlilər”i Kilian Mbappenin het-triki ilə məğlub etməyi bacarıb – 3:1.
Beləliklə 26 yaşlı fransalı karyerası ərzində 500 (358 qol, 142 assist) qolun vurulmasında birbaşa iştirak edib.
Kilian Mbappe Real Madrid statistikası
Xatırladaq ki, Mbappe bu mövsüm "Real"ın heyətində iştirak etdiyi 38 rəsmi matçda 28 qol, 4 assistlə yadda qalıb.
Mbappe hansı klublarda forma geyinib
Qeyd edək ki, forvard karyerası ərzində “Monako”, PSJ kimi komandaların şərəfini qoruyub.
0
0