"Real Madrid" və Fransa millisinin üzvü Kilian Mbappe komanda yoldaşı Arda Güler haqqında diqqətçəkən açıqlamalar verib.
Apasport.az xəbər verir ki, 26 yaşlı hücumçu türkiyəli futbolçunun klub üçün çox dəyərli olduğunu bildirib:
“Arda Gülerlə münasibətlərimiz çox yaxşıdır. O, gəncdir və böyük istedada malikdir. Arda inanılmaz futbolçudur və komanda üçün çox önəmlidir. Onun bu komandada olması bizi sevindirir".
Qeyd edək ki, “Real Madrid” ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində səfərdə “Kayrat”ı 5:0 hesabı ilə məğlub edib. Həmin qarşılaşmada Mbappe het-trikə imza atıb, Arda Güler isə bir məhsuldar ötürmə ilə yadda qalıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA