Mbappe Fransa millisindən üz döndərib
09.11.2024 - 11:11
“Real”ın hücumçusu Kilian Mbappe Fransa millisinin baş məşqçisi Didye Deşamla mübahisə edib.
Apasport.az xəbər verir ki, bu barədə “Get Football News” portalı məlumat yayıb.
Mbappe Fransa yığmasının ötən ay baş tutan oyunları üçün heyətə dəvət edilməyib. Yığmanın baş məşqçisi Didye Deşam daha əvvəl oyunçunun sağlıq durumu ilə bağlı belə qərar verdiklərini deyib.
Lakin yeni məlumata görə, Mbappe özü yığmaya gəlməyib. O, baş məşqçi Deşamla anlaşa bilmir və onun "rəhbərliyi altında" millidə oynamaq istəmir.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0