Mbappe İspaniya klubundan təklif alıb
25.06.2024 - 16:36
Mbappe İspaniya klubundan təklif alıb

Ulduz Kilian Mbappenin qardaşı, yarımmüdafiəçi Ethan Mbappe bu yay klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, 17 yaşlı oyunçu PSJ-də qalmayacaq. Ethanın PSJ ilə hazırkı müqaviləsi iyunun sonuna qədərdir.

Eyni zamanda, Liqa 1 nəhəngi hələ də istedadlı futbolçunu saxlamaq istəyir.

Mbappe İspaniyanın "Betis" klubundan təklif alıb.

Bildirilib ki, Ethan Liqa 1-də qalmağa və "Lill"ə keçməyə üstünlük verəcək. "Transfermarkt" Ethan Mbappeni 1,5 milyon avroya qiymətləndirir.

0