Mbappe yarımfinal matçını buraxacaq
26.02.2025 - 16:36
“Real” İspaniya Kubokunun yarımfinalında bu gün “Real Sosyedad”la üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, “kral klubu” bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq.
İspaniya klubunun hücumçusu Kilian Mbappe görüşü buraxacaq. Onunla yanaşı, yarımmüdafiəçi Federiko Valverde, qapıçı Tibo Kurtua və müdafiəçi Xesus Valyexonun adı iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, “Real” – “Real Sosyedad” matçı bu gün saat 00:30-da start götürəcək.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
0
0