Mbappe yeni rekorda imza atdı
15.02.2024 - 12:28
Mbappe yeni rekorda imza atdı

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ doğma meydanda "Real Sosyedad"ı 2:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, parislilərin qollarından birini hücumçu Kilian Mbappe vurub. Gənc forvard bu nəticə ilə ÇL-də unikal nailiyyət əldə edib. 

Fransalı Çempionlar Liqasında start heyətində meydana çıxdığı ardıcıl 10 matçda ən azı bir qol vuran ilk oyunçudur.

Forvard qitənin bir nömrəli klub turnirindəki 68-ci oyununda 44-cü dəfə rəqib qapılarına yol tapıb. 26 yaşına qədər yalnız argentinalı Lionel Messi (59 qol) daha çox qol vurub.

0