Mbappenin qardaşının yeni klubu bilindi
03.07.2024 - 21:55
Mbappenin qardaşının yeni klubu bilindi

Məşhur futbolçu Kilyan Mbappenin qardaşı Etan Mbappenin yeni klubu müəyyənləşib.  

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. PSJ-dən ayrılan gənc futbolçu “Lill”ə keçəcək.

Tibbi müayinə prosesi başa çatdıqdan sonra transfer rəsmi şəkildə yekunlaşacaq. Xəbərdə o da qeyd olunub ki, E. Mbappe Fransa Liqa 1-ə köklənib və heç vaxt “Real”la danışıqların aparmayıb.

0