Mbappeyə Səudiyyə Ərəbistanından təklif
22.07.2023 - 14:41
Mbappeyə Səudiyyə Ərəbistanından təklif

Səudiyyə Ərəbistanı klubları daha bir ulduza elçi düşüb.

Apasport.az saytınım məlumatına görə, əsasən veteranlara maraq göstərən asiyalılar bu dəfə fərqli arzudadır.

Ərəblər PSJ-dən ayrılacağı gözlənilən Kilian Mbappeyə təklif göndərib. Adı açıqlanmayan klub Fransa təmsilçisi ilə danışıqlara başlayıb.

Qeyd edək ki, müqaviləni uzatmaqdan imtina edən hücumçu Yapoiyaya aparılan heyətdən kənarlaşdırılıb və transferə çıxarılıb.
 

0