Mehmet Aurelio “Fənərbaxça”ya qayıtdı - MƏŞQÇİ KİMİ ÇALIŞACAQ
03.01.2026 - 18:21
Mehmet Aurelio “Fənərbaxça”ya qayıtdı - MƏŞQÇİ KİMİ ÇALIŞACAQ

Mehmet Aurelio “Fənərbaxça”nın akademiyasında çalışacaq.

Apasport.az xəbər verir ki, Braziliya əsilli türkiyəli mütəxəssis İstanbul təmsilçisinin U-19 komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Mehmet Aurelio futbolçu karyerası ərzində 2003–2008-ci illərdə “Fənərbaxça”nın formasını geyinib.