"Mən yaxşı formadayam və inamım var" - Keyn
28.04.2024 - 21:26
"Mən yaxşı formadayam və inamım var" - Keyn

"Bavariya"nın hücumçusu Harri Keyn Çempionlar Liqasının yarımfinalında "Real"la qarşılaşma öncəsi fikirlərini bildirib.

Apasport.az xəbər verir ki, bu barədə forvard "Sky Sport"a açıqlama verib:

“Real"a nə qədər qol vuracağam? İnşallah bir neçə. Mən yaxşı formadayam və inamım var. Əgər komanda yoldaşlarım bütün mövsümdə olduğu kimi məni görsələr, mən lazım olan yerdə olacam. Bellinqem? Cud inanılmaz mövsüm keçirir, lakin o, bizə qarşı 2 matçda fasilə verə bilər”.

0