Mərc oyunları qalmaqalı: "Qalatasaray"ın həkimi, "Fənər"in tərcüməçisi...
12.02.2026 - 23:28
Mərc oyunları qalmaqalı: "Qalatasaray"ın həkimi, "Fənər"in tərcüməçisi...

Türkiyə Futbol Federasiyası (TFF) mərc oynanması ilə bağlı aparılan araşdırma çərçivəsində yeni qərarlar qəbul edib.

Apasport.az xəbər verir ki, daha iki rəsmi şəxs Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərilib.

“Qalatasaray”ın klub həkimi Abdullah Yener İnce və “Fənərbaxça”nın tərcüməçisi Saruhan Karaman qanunsuz mərc iddiası ilə PFDK-ya cəlb olunub.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası tərəfindən aparılan mərc araşdırması çərçivəsində, son 5 ildə Peşəkar Liqalarda məşqçi, futbolçu və menecerlərin mərc oyunları oynadığı aşkarlanıb. İstintaq nəticəsində 300-dən çox rəsmi şəxs Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərilib.