Türkiyə millisinin müdafiəçisi Merih Demiral bir neçə klubun maraq dairəsində olmasına baxmayaraq, “Əl-Əhli”da qalmağı seçib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Yay transfer pəncərəsinin başlaması ilə “Fənərbaxça”, “Atletiko Madrid” və bir neçə Avropa klubu, türk futbolçu ilə yaxından maraqlanıb.
Lakin Türkiyə millisinin üzvü təkliflərə “yox” cavabı verərək öz klubunda qalmağı seçib.
Qeyd edək ki, Merih Demiral “Əl-Əhli”yə 2023-cü ilin yayında 20 milyon avroya transfer olub. Komandası ilə çıxdığı 65 matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Həmçinin o, başa çatan mövsümdə komandası ilə Asiya Çempionlar Liqasının qalibi olub.
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi