Argentina millisinin kapitanı Lionel Messi Avstriya üzərində qazanılan 2:0 hesablı qələbədən sonra açıqlama verib.
Apasport.az xəbər verir ki, dünya çempionatları tarixinin yeni bombardiri olan argentinalı ulduz ilk olaraq qaçırdığı penalti barədə danışıb.
Messi səhvinə görə özünə əsəbiləşdiyini etiraf edib:
"Penaltini qaçırdığım üçün özümə çox əsəbiləşdim. Amma sonra bunu kompensasiya etdim. Bizi sevən insanlara indiyədək çox sevinc yaşatmışıq. Lakin hələ hər şey bitməyib. Onlara daha çox sevinc bəxş etmək üçün çalışacağıq."
39 yaşlı futbolçu rekordların onun üçün əsas olmadığını da vurğulayıb:
"Rekordlarla maraqlanmıram. Mənim yeganə düşündüyüm şey matç qazanmaqdır."
Messiyə dünya çempionatlarında vurduğu ən gözəl qolun hansı olduğu sualı da ünvanlanıb. Təcrübəli hücumçunun cavabı isə diqqət çəkib:
"Bilmirəm. Vurduğum qolları artıq xatırlamıram."
Qeyd edək ki, Messi Avstriya ilə oyunda vurduğu qollarla dünya çempionatlarındakı qol sayını 18-ə çatdıraraq Miroslav Klozeni geridə qoyub və mundiallar tarixinin ən məhsuldar futbolçusu olub.
- Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
- Haaland üçün xüsusi plan yoxdur - Seneqal Norveçi gözləyir
- Arnolddan Mbappe zarafatı - “Üç qapıçı ilə oynaya bilərikmi?”
- Konseysaodan Ronaldoya tərif - “Onun kimisi olmayıb”
- "Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi