FIFA daha bir qayda ilə bağlı qərar üzərində işləyir.
Apasport.az xəbər verir ki, qurum komandaların meydanda hər zaman ən azı bir U-20 və ya U-21 yaş kateqoriyasına aid futbolçunun olmasını tələb edən qaydanı müzakirə edir.
Bu barədə “AS” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, yeni qaydanın 2026/27 mövsümündən etibarən tətbiqi gözlənilir.
Qeyd edək ki, FIFA bu addımla klubları gənc oyunçulara daha çox şans verməyə təşviq etməyi hədəfləyir. Bu praktika bəzi liqalarda artıq tətbiq olunsa da, onun qlobal miqyasda qüvvəyə minməsi futbol dünyasında ciddi dəyişikliklərə səbəb ola bilər.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu