“Milan” Feliksi buraxmaq istəmir
08.02.2025 - 14:56
“Milan” Joao Feliksin icarə müddətini artırmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, İtaliya klubu 25 yaşlı portuqaliyalı hücumçunu 2026-cı ilin yayına qədər icarədə saxlamaq istəyir.
Milan təmsilçisi futbolçunun məxsus olduğu “Çelsi” ilə danışıqlara hazırlaşır. Oyunçunun İndiki icarə müqaviləsi yayda başa çatacaq.“Rossonyeri” növbəti mövsüm üçün 8-10 milyon avro ödəmək arzusundadır.
Klub rəhbərliyi anlaşmada Feliksin sonradan 30-35 milyona transfer olunmaq hüququnu da görmək istəyir.
Qeyd edək ki, Joaonun “Çelsi” ilə müqaviləsi 2031-ci ilin yayına qədərdi.
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
- Keyn "Bavariya" ilə "yola davam" dedi - RƏSMİ
- Dirk Kuyt gələcəyi barədə danışdı: “Burada qalmaq istəyirəm”
0
0