
İtaliya A Seriyası komandalarından “Milan” Kristian Pulişiç ilə müqavilə yeniləyəcək.
Apasport.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
“Milan” Pulişiçi uzunmüddətli komandada saxlayacaq?
Bildirilib ki, klub artıq ABŞ-li futbolçu ilə danışıqlara başlayıb. A Seriyası təmsilçisi vingerin müqaviləsini 2029-cu ilə qədər uzatmaq istəyir.
“Milan” Pulişiçin maaşını nə qədər artıracaq?
Oyunçunun illik məvacibi 4 milyon avrodan 5 milyona qalxması planlaşdırılır.
Kristian Pulişiçin futbol karyerası
Pulişiç karyerası ərzində “Çelsi”, “Borussiya Dortmund” kimi komandaların şərəfini qoruyub.
Pulişiçin “Milan”dakı performansı necədir?
26 yaşlı futbolçu bu mövsüm “rossonyerilər”in heyətində çıxış etdiyi 34 rəsmi matçda 12 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO