“Milan” İsveçrə millisinin üzvü ilə maraqlanır
15.06.2025 - 19:57
"Bayer"in yarımmüdafiəçisi Qranit Caka karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Milan" isveçrəli futbolçunu transfer etmək istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
32 yaşlı oyunçu özü rossonyerilərə keçməyə müsbət yanaşır.
Qeyd edək ki, "Bayer" Qranit Cakanı 2023-cü ilin yayında "Arsenal"dan transfer edib.
İsveçrə millisinin üzvü ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 2 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Liverpul" təyinatı açıqlamağa hazırlaşır: İRAOLA İLƏ MÜQAVİLƏ İMZALANACAQ
- “Qalatasaray” qiyməti açıqladı – Davinson üçün 20 milyon avro
- Arda Gülerə növbəti mükafat: MÖVSÜMÜN QOLU - VİDEO
- "Yuventus"un hücum planı: VLAHOVİÇ GEDİR, SÖRLOT GƏLİR
- Dünya çempionatında “Bavariya” ordusu: 18 futbolçu çağırıldı
0
0