"Milan" "Napoli"nin kapitanını istəyir
07.02.2024 - 00:52
"Milan" "Napoli"nin kapitanını istəyir

"Napoli"nin kapitanı Covanni Di Lorenzo komandanı tərk etməyə yaxındır.

Apasport.az xəbər verir ki, onun xidmətində "Milan" maraqlıdır.

"Rossonyeri” rəhbərliyi yayda İtaliya millisinin 30 yaşlı futbolçusunu heyətinə qatmağa cəhd edəcək. Antonio Konte "Milan"a rəhbərlik edərsə, Di Lorenzonun transfer ehtimalı daha yüksək olacaq. 

Qeyd edək ki, Di Lorenzo 2019-cu ildən "Napoli"də çıxış edir.

0