"Milan" "Tottenhem"in futbolçusu ilə anlaşıb
04.07.2024 - 10:49
"Milan" "Tottenhem"in futbolçusu ilə anlaşıb

Premyer Liqa təmsilçilərindən "Tottenhem"in sağ cinah müdafiəçisi Emerson Royal "Milan"a keçməyə yaxındır.

Apasport.az xəbər verir ki, “rossonerilər” Emersonla müqavilənin şərtlərini razılaşdırıb.

25 yaşlı futbolçu A Seriyasının nəhəngləri ilə 2029-cu ilə qədər müqavilə imzalamağa hazırdır.

"Milan" hazırda transferi təsdiqləmək üçün "Tottenhem"i inandırmağa çalışır. Emerson Royal "Spurs"un son mövsümündə 24 oyuna çıxıb və 1 qol vurub. 

0