“Milan”da yeni müqavilə
03.03.2025 - 23:25
“Milan”da yeni müqavilə

İtaliya A Seriyası komandalarından “Milan” yarımmüdafiəçi Tijjani Reynderslə yeni müqavilə barəsində razılığa gəlib.

Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçu İtaliya təmsilçisi ilə müqavilə müddətini 2030-cu ilə qədər uzadıb.

Bu barədə "rossonyerilər"in mətbuat xidməti məlumat yayıb.

Tijjani Reynders "Milan"a nə vaxt transfer olundu?

Xatırladaq ki, Reynders 2023-cü ildə "Alkmaar"dan "Milan"a 20,5 milyon avroya transfer olunmuşdu.

Reyndersin bu mövsümkü statistikası

Qeyd edək ki, niderlandlı oyunçu Milan təmsilçisinin heyətində iştirak etdiyi 40 rəsmi matçda 12 qol, 3 assistlə yadda qalıb.