"Milan"ın forvardı Bundesliqa yolunda
13.01.2025 - 11:53
İtaliya Seriya A təmsilçilərindən "Milan"ın forvardı Noah Okafor karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
İsveçrəli futbolçu 25 milyon avro satınalma seçimi ilə icarəyə göndəriləcək.
Bu gün Almaniyaya yollanacaq hücumçu tibbi yoxlanışdan keçəcək.
Qeyd edək ki, Okafor "Milan"a ötən ilin yayında "Salzburq"dan keçmişdi. O, bu mövsüm 16 matçda 1 qol, 2 ötürmə ilə yadda qalıb.
- PSJ-dən Çempionlar Liqasında Fransa rekordu
- Kimmix “Bavariya”nı sərt tənqid etdi – Musiala ilə bağlı qalmaqal
- “Beşiktaş”, “Milan” və “Yuventus”un oyunları bu kanallarda – TV AFİŞA
- Poçettinodan “Sportinq”lə heç-heçə sonrası etiraf: “Hələ bir həftədir...”
- Emre Belözoğlu: "Fənərbaxça" buralara yaraşır"
0
0