Millidə zədələndi - "Yunayted"lə matçı qaçıracaq
10.09.2025 - 17:24
"Mançester Siti"nin futbolçusu Omar Marmuş sıradan çıxıb.
Apasport.az xəbər verir ki, 26 yaşlı forvard Misir milli komandasının heyətində dizindən zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçu sentyabrın 14-də "Mançester Yunayted"lə keçiriləcək matçda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Omar Marmuş bu mövsüm "Siti"nin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 assistlə yadda qalıb.
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0