[b]Millimizin üzvü İspaniya klubunda[/b]
13.07.2018 - 19:40
[b]Millimizin üzvü İspaniya klubunda[/b]

Futzal üzrə Azərbaycan millisinin üzvü Oliveira Villiams De Naskimento karyerasını İspaniyada davam etdirəcək. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, hücumçu “Rios Renovables”lə anlaşıb.

 

Vassoura adı ilə tanınan oyunçu Birləşmiş Ərəb Əmirliklərinin “Al Dhafra” klubu ilə müqaviləsini yeniləməyib və Saraqosa təmsilçisinə keçib. 33 yaşlı futzalçının təqdimatı avqustun 21-də keçiriləcək.
 

Qeyd edək ki, Vassoura DÇ-2016 və AÇ-2018-in oyunlarında millimizin formasını geyinib.

0