Millimizin üzvü oynadı, komandası 3 xal qazandı
04.05.2025 - 23:33
Türkiyə Birinci Liqasında XXXVII turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" autsayder "Yeni Malatyaspor"a qalib gəlib - 10:1.
Start heyətində yer alan İsgəndərli oyunu əvəz olunmadan keçirərək komandasının yeddinci qolunu vurub, həm də matçın sonlarında sarı vərəqə alıb.
Qeyd edək ki, İsgəndərlinin klubu 58 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.
- “Real Madrid” Mbappeyə görə Çindən üzr istədi – RƏSMİ
- “Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
0
0