Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
29.03.2025 - 15:57
Futbol üzrə Cənubi Koreya çempionatında VI turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" doğma meydanda "Qvanqju"nu qəbul edib.
Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Anton Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. 26 yaşlı sol cinah müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, VI turdan sonra aktivində 13 xal olan "Tecon Xana Sitizen" turnir cədvəlinin zirvəsində qərarlaşıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0