Modriç karyerasını Türkiyədə davam etdirə bilər
14.04.2024 - 10:26
"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, gələn mövsüm Super Liqada çıxış edəcək "Eyüpspor" xorvatiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
İndi komanda Türkiyənin birinci divizionunda liderlik edir.
Xatırladaq ki, Modriçlə "Real Madrid" arasında mövcud müqavilə 2024-cü ilin iyun ayının sonunda başa çatır. Yarımmüdafiəçi 2012-ci ilin avqustundan "kral" klubunda çıxış edir. Onun transfer qiyməti 8 milyon avro olaraq qiymətləndirilir.
- Moriyasu məsuliyyəti üzərinə götürdü - Yaponiya xalqından üzr istədi
- Niko Paz qərarını verdi - “Komo”da qalacaq
- Kazemirodan qol və mükafat - Braziliyalı matçın oyunçusu seçildi
- “Beşiktaş” “Barselona”nın futbolçusunu istəyir: Agentlə əlaqə saxlanıldı
- Səudiyyə Ərəbistanında istefa - Federasiya prezidenti postunu tərk etdi
0
0