Luka Modriç "Real" qısamüddətli müqavilə imzalaya bilər.
Apasport.az xəbər verir ki, Madrid klubu 39 yaşlı futbolçu ilə iki həftəlik razılıq əldə etmək niyyətindədir.
Xorvatiyalı futbolçunun "Real"la müqaviləsi bu il iyunun sonunda bitəcək. Amma madridlilər klublararası dünya çempionatındakı iştirakı nəzərə alaraq, onunla yeni iki həftəlik müqavilə imzalaya bilər.
FIFA klublara iyunun sonunda bitəcək müqavilələri artırmaq məsləhəti görüb.
Qeyd edək ki, "kral klubu" Lukas Vaskeslə eyni şərtlərdə müqavilə imzalamaq niyyətindədir. Bu futbolçuların gələcək taleyi isə dünya çempionatından sonra bəlli olacaq.
- İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı
- “Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir
- “Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi
- “Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı
- Poçettino “Mançester Yunayted”də 100 illik antirekordu təkrarladı