Moratanın "Qalatasaray" macərası uzun çəkmədi - A Seriyasına qayıdacaq
08.08.2025 - 12:16
Moratanın "Qalatasaray" macərası uzun çəkmədi - A Seriyasına qayıdacaq

Hazırda icarə əsasında "Qalatasaray"da çıxış edən və müqavilə ilə "Milan"a məxsus olan Alvaro Moratanın gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, 32 yaşlı hücumçu yenidən A Seriyasına qayıdacaq.

İspaniyalı forvard Ses Fabreqasın baş məşqçisi olduğu "Komo" klubu ilə razılıq əldə edib.

İtaliya təmsilçisi bu transfer üçün "Qalatasaray"a 6 milyon, "Milan"a isə 10 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, İspaniya millisinin üzvü olan Morata bu ilin fevral ayından etibarən İstanbul klubunda çıxış edirdi. O, 16 rəsmi matçda 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.