
İstanbul təmsilçilərindən “Fənərbaxça”nın çalışdırıcısı ulduz məşqçi Joze Mourinyo 39 yaşlı portuqaliyalı hücumçu Kriştiano Ronaldonun mümkün transferindən danışıb.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis bu açıqlaması ilə transfer xəbərlərinə son nöqtəni qoyub:
“Ronaldo? Xeyr, o transfer edilməyəcək. Mənə hazırda mərkəz hücumçusu lazım deyil. Ronaldo həmişə Ronaldodur, amma komandaya uyğun olan hücumçularım var. Kriştianonun çoxlu pulu var, 1000 qol atmağa can atır. Onu Türkiyəyə köçməyə nə sövq edə bilər, bilmirəm".
Qeyd edək ki, Ronaldo 2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edir. Portuqaliyalının Səudiyyə Ərəbistanı klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO