Mourinyo göstəriş verdi: "Sevilya"nın hücumçusu "Fənərbaxça" yolunda
28.06.2024 - 13:58
Mourinyo göstəriş verdi: "Sevilya"nın hücumçusu "Fənərbaxça" yolunda

Super Liqa təmsilçilərindən "Fənərbaxça" transfer işlərini davam etdirir. 

Apasport.az-ın məlumatına görə, İstanbul nəhəngi La Liqa təmsilçisinin futbolçusunu transfer etmək istəyir. 

"Sarı-lacivərdlilər" Joze Mourinyonun istəyi ilə "Sevilya"nın futbolçusu Yusuf En-Nesri üçün İspaniya klubu ilə təmas qurub. 

Mərakeşli futbolçu 2020-ci ilin yanvarından "Sevilya"da forma geyinir. O daha öncə "Malaqa" və "Leqanes" kimi klublarda çıxış edib. 

Qeyd edək ki, 27 yaşlı hücumçu bu mövsüm "Sevilya"nın heyətində 41 matça çıxıb, 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Yusuf 2019/2020 və 2022/2023 mövsümlərində "Sevilya" ilə Avropa Liqasını qazanıb. 

0