Mourinyo: “Mənə hər şeyi danışsaydılar, bura gəlməzdim”
04.11.2024 - 09:18
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Super Liqada “Trabzonspor”a qalib gəldikləri oyunu şərh edib.
Apasport.az xəbər verir ki, mütəxəssis 3:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Qarşımızda yaxşı komanda var idi və mübarizə apardılar. Lakin biz sistemə qarşı oynayırıq. Bunu “Fənərbaxça” azarkeşləri adından deyirəm. Buna görə qələbəni böyük sevinclə qeyd etdik. Bura gəlməzdən əvvəl mənə hekayənin yarısını danışıblar. Hamısını desəydilər, gəlməzdim”.
“Fənərbaxça” Super Liqada 23 xalla 2-ci sıradadır və lider “Qalatasaray”dan 5 xal geri qalır.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0