Mourinyonun yeni “Droqba”sı müəyyənləşdi
22.01.2025 - 18:25
Mourinyonun yeni “Droqba”sı müəyyənləşdi

Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” heyətini gücləndirməyə davam edir.

Apasport.az xəbər verir ki, klub “Hammarbi” forması geyinən Bazumana Tureni transfer etmək istəyir.

“Sarı-lacivərdlilər”in baş məşqçisi Joze Mourinyo futbolçunu şəxsən istəyir.

İsveç təmsilçisi forvard üçün 10 milyon avro tələb edir.

Qeyd edək ki, 20 yaşlılardan ibarət Fil Dişi sahili millisində forma geyinən Ture “Hammarbi”nin heyətində çıxış etdiyi 23 rəsmi matçda 9 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Mourinyo 2004-cü ildə “Çelsi”ni çalışdırdığı dövrdə Didye Droqbanı rəhbərliyə bildirmiş və onun transferində böyük rol oynamışdır.

0