“Benfika”da baş məşqçi dəyişikliyi rəsmiləşib.
Apasport.az xəbər verir ki, Portuqaliya klubu Joze Mourinyonun ayrılığından sonra komandanı Marko Silvaya tapşırıb.
Lissabon təmsilçisi 48 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonuna qədər müqavilə imzalayıb. Sözləşmədə daha bir illik uzatma bəndi də var.
Mourinyo “Benfika”dan ayrılaraq “Real Madrid”ə keçib. “Benfika”nın açıqlamasında portuqaliyalı mütəxəssisin Madrid klubu ilə müqavilə imzaladığı bildirilib.
Qeyd edək ki, Marko Silva son olaraq İngiltərənin “Fulhem” klubunu çalışdırıb.
O, daha əvvəl “Sportinq”, “Olimpiakos”, “Hall Siti”, “Uotford” və “Everton”da da baş məşqçi kimi fəaliyyət göstərib.
Silva “Fulhem”də 5 il işləyib və komandanı Premyer Liqaya qaytarmağı bacarıb.