“Napoli” ulduz futbolçusunu komandada saxlamağı planlaşdırır
12.03.2026 - 21:58
"Napoli" ulduz futbolçusu Skott MakTomineyə yeni müqavilə təklif etməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, Neapol təmsilçisi şotlandiyalı yarımmüdafiəçinin sözləşməsinin müddətini 2030-cu ilin yayınadək uzatmaq istəyir.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, MakTominey yeni təklifi qəbul etsə, komandanın ən yüksəködənişli oyunçusu olacaq.
Qeyd edək ki, 2024-cü ildən “Napoli”də çıxış edən Skott MakTominey ötən mövsüm A Seriyası çempionluğu yaşayıb və turnirin ən dəyərli futbolçusu seçilib. 29 yaşlı yarımmüdafiəçi bu mövsüm İtaliya çempionatında 6 qol vurub.
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0