“Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.
Apasport.az xəbər verir ki, “Arsenal” 28 yaşlı futbolçu ilə ciddi maraqlanır.
Bu barədə “TeamTalk” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Neapol klubu Maktomineyi 80 milyon avrodan aşağı məbləğə satmağı planlaşdırmır.
Xatırladaq ki, yarımmüdafiəçi daha əvvəl “Mançester Yunayted”in heyətində çıxış edib.
Qeyd edək ki, Şotlandiya millisinin üzvü bu mövsüm “Napoli”nin heyətində 14 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
- Kerem Demirbaydan “Qalatasaray” açıqlaması
- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB