Naynqolan: "Roberto Martinezin futboldan başı çıxmır"
29.10.2025 - 10:22
Naynqolan: "Roberto Martinezin futboldan başı çıxmır"

Belçika millisinin və “Roma”nın sabiq üzvü Raca Naynqolan yerli mətbuata bir sıra açıqlamalar verib.

Apasport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi bir müddət Belçika yığmasına rəhbərlik etmiş, hazırda isə Portuqaliya millisinin baş məşqçisi olan Roberto Martinezi sərt tənqid edib:

“Onun futboldan başı çıxmır. Martinezin rəhbərliyi altında millidə heç bir ideya yox idi. Hər şey Kevin De Brüyne, Eden Hazard və Romelu Lukakunun fərdi keyfiyyətləri sayəsində həll olunurdu. Bizim nə öz oyun üslubumuz, nə məşq kombinasiyalarımız, nə də cərimə meydançasında təsirli hücumlarımız vardı. Daha yaxşı baş məşqçimiz olsaydı, Belçika kuboklar qazana bilərdi”.

Qeyd edək ki, Roberto Martinezin rəhbərliyi altında Belçika millisi 2018-ci il dünya çempionatında üçüncü yeri tutmuşdu.