"Neftçi"nin sabiq çalışdırıcısı Türkiyə yolunda
27.01.2025 - 10:21
Türkiyə Super Liqa komandalarından "Kayserispor"da baş məşqçi axtarışları davam edir.
Apasport.az xəbər verir ki, namizədlər arasında sabiq "Neftçi"li Adrian Mutu da var. Hazırda Rumıniya Superliqası təmsilçilərindən "Petrolul Ploiesti"nin baş məşqçisi olan rumıniyalı mütəxəssis yaxın zamanda Türkiyə klubunu çalışdıra bilər.
"Kayserispor" Adrian Mutu ilə ilkin danışıqlara başlayıb.
Xatırladaq ki, o, 2023-cü ilin iyul-dekabr aylarında "Neftçi"ni çalışdırıb. Daha sonra vətəninə qayıdan mütəxəssis burada "Kluj"a rəhbərlik edib.
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
- Duşan Tadiç NEC-lə razılaşdı – 2 illik müqavilə
- “Nyukasl” rekord transferini icarəyə göndərir – Voltemade "gözdən çıxarıldı"
0
0