Neymar doğma klubuna qayıdır
27.01.2025 - 10:39

Braziliyalı ulduz Neymar yaxın günlərdə doğma klubuna dönəcək.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Braziliyalı ulduz "Santos"a keçməyə çox yaxındır.
Gələn həftə Neymar komandası "Əl-Hilal"la müqaviləsinə xitam vermək üçün danışıqlara başlayacaq.
Xatırladaq ki, o, 2009-2013-cü illərdə də "Santos"da forma geyinib.
Qeyd edək ki, braziliyalı vinger 2023-cü ilin avqust ayında PSJ-dən Səudiyyə Ərəbistanı klubuna keçmişdi.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO
0
0