
Hazırda karyerasını doğma klubu “Santos”da davam etdirən ulduz futbolçu Neymar keçmişi ilə bağlı bir sıra açıqlamalar verib.
Apasport.az xəbər verir ki, Braziliya millisinin üzvü “Barselona”ya transferindən əvvəl “Real Madrid”in onunla görüşdüyünü bildirib:
"Real”ın təklifi boş çek idi. Mənə dedilər ki, hansı məbləği istəsəm ora yaza bilərəm. Amma mən "Barselona"nı bütün qəlbimlə sevirdim. "Real Madrid"də oynasaydım, daha çox pul qazana bilərdim. Amma mən Messi ilə birlikdə çıxış etmək istəyirdim".
33 yaşlı vinger Pep Qvardiolanın onu “Bavariya”ya transfer etmək istədiyini dilə gətirib:
“Bir gün evə gələndə qapını açdım, atam, Qvardiola və tərcüməçi orada idi. Pep mənim otağımda oturmuşdu və "Səni getdiyim komandaya (“Bavariya”) aparmaq istəyirəm" - demişdi. Hələ o vaxt “Barsa” ilə razılaşmamışdıq”.
Qeyd edək ki, Neymar karyerası ərzində “Santos”, “Barselona”, PSJ və “Əl-Hilal” kimi komandaların şərəfini qoruyub.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO